Pezeşkian Putinlə görüşəcək
İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə Qırğızıstanda görüşəcəklər.
TodayPress TV xəbər verir ki, “Əl-Cəzirə”nin məlumatına görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Pezeşkian və Putin sammitin keçirildiyi müddətdə bir araya gələcəklər. Sammitin bazar ertəsi başlaması planlaşdırılır.
Görüşdə iki ölkə arasındakı münasibətlərin və regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Türkan İsgəndərli