Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
26.08.2026 17:32 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat verilib.

"İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda baş verən və yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır kədərli anda qardaş Pakistan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb.

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər