Transfer qalmaqalı: Moyze Kin “Komo”ya keçmək üçün məşqə gecikdi

Transfer qalmaqalı: Moyze Kin “Komo”ya keçmək üçün məşqə gecikdi
26.08.2026 14:31 İdman

“Fiorentina”nın hücumçusu Moyze Kin “Komo”ya keçmək istəyir. Futbolçunun transfer pəncərəsinin son günlərində məşqə gecikməsinin də bu istəyilə bağlı olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Komo” artıq futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər arasında razılaşma ötən həftə əldə olunub. İtaliya klubu Kinin transferi üçün bonuslar da daxil olmaqla 40 milyon avroluq paket təklif edib.

Bundan əvvəl “Komo” “Fiorentina”ya alternativ təklif göndərib. Təklif 5 milyon avro qarşılığında icarə və 25 milyon avroya məcburi satınalma bəndini nəzərdə tutub.

“Fiorentina” isə əvvəlcə hücumçunu buraxmağı planlaşdırmayıb və yalnız kifayət qədər yüksək məbləğ qarşılığında onun satışını nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Moyze Kin 2024-cü ilin iyulundan “Fiorentina”da çıxış edir. Bundan əvvəl futbolçu “Yuventus”un formasını geyinib. Onun klubla müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. “Fiorentina” 2025-ci ilin avqustunda Kinin sözləşməsini yeniləyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər