Palinyanın “Bavariya” macərası bitdi – yeni klubu bəlli oldu

Palinyanın “Bavariya” macərası bitdi – yeni klubu bəlli oldu
26.08.2026 16:30 İdman

Lissabonun “Benfika” klubu Münhen “Bavariya”sının yarımmüdafiəçisi Joau Palinyanın transferini rəsmən açıqlayıb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Mətbuatda yayılan xəbərlərə əsasən, “Benfika” bu transfer üçün “Bavariya”ya təxminən 14 milyon avro ödəyib.

“Bavariya” Palinyanı 2024-cü ildə 51 milyon avroya transfer etmişdi. Lakin portuqaliyalı futbolçu Münhen təmsilçisinin əsas heyətində möhkəmlənə bilmədi. O, ötən mövsümü icarə əsasında İngiltərənin “Tottenhem” klubunda keçirib.

Palinyanın hazırkı bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, Joau Palinya “Benfika”nın prinsipial rəqibi olan “Sportinq”in yetirməsidir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər