Qurbanovdan “Tvente” öncəsi mühüm mesaj: “Bu, həm üstünlükdür, həm təhlükə”

Qurbanovdan “Tvente” öncəsi mühüm mesaj: “Bu, həm üstünlükdür, həm təhlükə”
26.08.2026 14:18 İdman

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə Bakıda keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, mütəxəssis qarşılaşmanın komanda üçün böyük əhəmiyyət daşıdığını və rəqibin heyətində potensiallı futbolçuların olduğunu bildirib.

““Tvente” ilə oyun bizim üçün vacibdir. Hazırlıq səviyyəmiz barədə düşünmüşəm. Həddindən artıq diqqətli olmalıyıq. Rəqib potensiallı futbolçulara malikdir. Hesabda öndə olmağımız əlavə üstünlükdür, həm də təhlükədir. Onların bəlli heyəti var. Biz isə səhvlərimizi düzəltməliyik.

Heyətdə zədələr səbəbindən sıxıntılarımız olduğu üçün daha diqqətli davranmalıyıq. Əlbəttə, komandaya xüsusi tapşırıqlar da olacaq”, – deyə Qurbanov vurğulayıb.

“Qarabağ” – “Tvente” qarşılaşması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Komandalar arasında Niderlandda baş tutan ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər