“Çelsi” Argentina millisinin ulduz qapıçısına göz dikdi
“Çelsi” “Aston Villa” klubunun və Argentina millisinin qapıçısı Emiliano Martinesi heyətinə qatmaq istəyir.
TodayPress TV insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, London təmsilçisi yay transfer pəncərəsi bağlanana qədər 33 yaşlı qolkiperin transferini reallaşdırmağa çalışır.
“Aston Villa” yeni transferi Dzion Suzukini əsas qapıçı kimi görür. Bu səbəbdən Martines də Birmingem klubundan ayrılmaq ehtimalına müsbət yanaşır.
Daha əvvəl Martinesə İtaliyanın “Yuventus” klubunun da maraq göstərdiyi bildirilmişdi, lakin transfer baş tutmayıb.
Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. Onun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. “Transfermarkt” portalında qapıçının bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
Martines 2025/2026-cı illər mövsümündə klub səviyyəsində 44 matçda iştirak edib, 49 qol buraxıb və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Namiq HUN