Ankarada mədən ocağında uçqun: Ölən və yaralananlar var
Ankaranın Nallıhan rayonunda mədən ocağında uçqun baş verib.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində 1 işçi həyatını itirib, çox sayda işçi yaralanıb.
Hadisə ilə bağlı bölgəyə səhiyyə, yanğınsöndürmə, AFAD və təhlükəsizlik qrupları göndərilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Aysel Mətləb