İki güləşçimiz dünya çempionatında gümüş medal qazandı!
Azərbaycan millisinin qadın güləşçiləri Günay Qurbanova və Ruzanna Məmmədova U-20 dünya çempionatında gümüş medal qazanıblar.
TodayPress TV xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova finalda Yaponiyanın Konami Ono ilə qarşılaşıb. Təmsilçimiz həlledici görüşdə rəqibinə 6:16 hesabı ilə məğlub olaraq dünya ikincisi olub.
59 kq çəki dərəcəsində çıxış edən Ruzanna Məmmədova isə finalda Yaponiyanın Sae Noquçi ilə üz-üzə gəlib. Azərbaycan güləşçisi qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vuraraq gümüş medala sahib çıxıb.
Beləliklə, Azərbaycan millisinin aktivinə daha iki gümüş medal əlavə olunub.
Qeyd edək ki, Günay Qurbanova və Ruzanna Məmmədovanın qazandığı gümüş medallardan sonra Azərbaycan millisinin U-20 dünya çempionatındakı mükafatlarının sayı yeddiyə çatıb. Yığmamızın aktivində bir qızıl, üç gümüş və üç bürünc medal var. Qızıl medalı Ayxan Cavadov, gümüş medalları Cavidan Nehmətov, Günay Qurbanova və Ruzanna Məmmədova, bürünc medalları isə Emin Cavadlı, Tural Əhmədov və Elmin Əliyev qazanıblar.
***
Azərbaycan millisinin güləşçisi Günay Qurbanova U-20 dünya çempionatında gümüş medal qazanıb.
TodayPress TV xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Yaponiyanın Konami Ono ilə qarşılaşıb.
Görüş rəqibin 16:6 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Günay Qurbanova U-20 dünya çempionatını gümüş medalla tamamlayıb.