İtaliyalı mütəxəssis Musayevin gizli üstünlüyünü açıqladı
“Krasnodar” və “Spartak”ın sabiq məşqçi-analitiki Andrea Byanki “Krasnodar”ın baş məşqçisi Murad Musayevi məşqçilik karyerasına başlayan keçmiş italiyalı futbolçu Salvatore Bokketti ilə müqayisə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.
Bildirilir ki, Musayevin ətrafında uzun müddətdir “Krasnodar” sistemində çalışan və onun metodikasını yaxşı bilən güclü məşqçilər korpusu formalaşıb.
“Murad Musayevin çox güclü məşqçilər korpusu var. Bu insanlar uzun müddətdir “Krasnodar” sistemində bir-birlərini tanıyırlar və metodikanı çox yaxşı bilirlər. Çox sıx birlikdə çalışırlar. Musayev zəngin dünyagörüşünə malik insandır, çox oxuyur və çox şey bilir. Onunla ümumiyyətlə hər şey haqqında danışmaq olar.
Futbolla bağlı ideyaları da çox aydın və başadüşüləndir. Məşqçi kimi Musayev Salvatore Bokkettiyə çox bənzəyir. Hər ikisi gəncdir, lakin dəqiq baxışları var, çox oxuyurlar və ailəyə böyük dəyər verirlər”, – deyə Byanki bildirib.
İtaliyalı mütəxəssis həmçinin Musayevlə işlədiyi dövrdən şəxsi xatirələrini bölüşüb. O, “Krasnodar”ın uğurlu nəticələr əldə etdiyini, Bokkettİnin isə “Verona”nı A Seriyasından düşməkdən xilas etdiyini vurğulayıb.
Namiq HUN