Musialanın meydandakı insidentlərindən sonra qərar verildi
“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala dörd gün ərzində iki dəfə meydanda huşunu itirməsinə baxmayaraq, futbol oynamağa davam edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Bayern & Germany” sosial şəbəkədə məlumat yayıb.
Həkimlərin rəyinə əsasən, 23 yaşlı futbolçu hazırda tam sağlamdır və karyerasını davam etdirə bilər.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani də Musialanın yeni mövsümə hazırlıq səviyyəsini yüksək qiymətləndirir. Mütəxəssis və futbolçu mütəmadi olaraq ünsiyyətdədir. Kompani şəxsi söhbət zamanı Musialaya bildirib ki, onun hazırkı formasını 2024-cü ilin yayında komandaya gəldiyi vaxtdan bəri ən yaxşı vəziyyəti hesab edir.
Klub bazasında gündəlik ünsiyyət də futbolçunun özünəinamını artırır. Musiala baş məşqçinin etimadını və klub rəhbərliyinin dəstəyini hiss edir. O, “Bavariya”nın planlarında “10 nömrə” mövqeyi üçün əsas namizəd olaraq qalır.
Qeyd edək ki, Musiala bundan əvvəl “Haydenhaym”la yoxlama oyununda (2:4) meydana çıxdıqdan bir neçə dəqiqə sonra özünü pis hiss edərək huşunu itirib. Bundan əvvəl isə avqustun 15-də “Leypsiq”lə (3:1) qarşılaşmanın 83-cü dəqiqəsində, qol vurduqdan az sonra eyni hal yaşanıb.
Namiq HUN