Tarixi uğurun qiyməti bəlli oldu: “Sabah”dan 60 min manat!

Tarixi uğurun qiyməti bəlli oldu: “Sabah”dan 60 min manat!
26.08.2026 13:00 UEFA

“Sabah” klubunun rəhbərliyinin futbolçulara UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaları müqabilində verəcəyi mükafatın məbləği müəyyənləşib.

TodayPress TV “sport24.az”a istinadən xəbər verir ki, paytaxt klubunun tarixi uğurunda payı olan hər bir futbolçuya 60 min manat mükafat veriləcəyi gözlənilir.

Qarşılaşmada ehtiyat oyunçular skamyasında qalan futbolçular isə əsas mükafatın 50 faizini – 30 min manat alacaqlar.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxtda İsrailin “Hapoel Beer-Şeva” komandasını 5:2 hesabı ilə məğlub edərək turnirin Liqa mərhələsinə yüksəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər