Çempionlar Liqasında yeni dövr: mövsümün rəsmi topu təqdim olundu

Çempionlar Liqasında yeni dövr: mövsümün rəsmi topu təqdim olundu
26.08.2026 13:17 UEFA

UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə istifadə olunacaq rəsmi oyun topu təqdim edilib.

TodayPress TV xəbər verir ki, yeni top turnirin liqa mərhələsinin, eləcə də pley-off qarşılaşmalarının oyunlarında istifadə olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi avqustun 27-də, təsnifat mərhələsinin bütün oyunları başa çatdıqdan sonra keçiriləcək.

Ötən mövsümün qalibi Fransanın PSJ klubu olub. Paris təmsilçisi  2025/2026-cı illər mövsümünün finalında İngiltərənin “Arsenal” komandasını əsas və əlavə vaxtda 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

2026/2027-cı illər mövsümünün finalı 5 iyun 2027-ci ildə İspaniyanın Madrid şəhərindəki “Metropolitano” stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər