Pezeşkiandan ABŞ-yə mesaj: “Müharibəyə son qoymaq üçün ən yaxşı vaxtdır”

Pezeşkiandan ABŞ-yə mesaj: “Müharibəyə son qoymaq üçün ən yaxşı vaxtdır”
21.08.2026 16:09 Dünya

İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə davam edən münaqişənin sona çatdırılması üçün əlverişli imkan yarandığını bildirib.

TodayPress TV xəbər verir ki, "Etemad Online"ın məlumatına görə, Pezeşkian İranın hazırda güclü geosiyasi mövqeyə malik olduğunu və müharibəyə ölkə üçün əlverişli şərtlərlə son qoymağın mümkün olduğunu deyib.

“Müharibə müəyyən bir nöqtədə bitməlidir. Ona son qoymaq üçün ən yaxşı vaxt bu gündür”, – İran lideri bildirib.

Pezeşkian ABŞ-nin İranın məktəb, xəstəxana və infrastruktur obyektlərinə hücum etdiyini də iddia edib və ölkəsinin mövqeyinin beynəlxalq səviyyədə tanındığını vurğulayıb.

Açıqlama Vaşinqtonun Tehrana qarşı yeni iqtisadi təzyiq kampaniyası elan etməsindən bir gün sonra səslənib. ABŞ Prezidenti Donald Tramp kampaniyanı “iqtisadi D günü” adlandıraraq İranı daha da təcrid etməyə çalışacaqlarını açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər