Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqlədi

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqlədi
21.08.2026 15:51 Xarici siyasət

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş təsdiqlənib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş bu il iyunun 22-də Bakı şəhərində imzalanıb.


Eyni zamanda müavfiq Fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Bunlarla yanaşı Prezidentin digər Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol” da təsdiqlənib.

Habelə digər Fərmanla “Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər