Xavinin Niderland macərası başlamadan van Bastendən tənqid gəldi

Xavinin Niderland macərası başlamadan van Bastendən tənqid gəldi
25.08.2026 17:42 İdman

Üçqat “Qızıl top” sahibi Marko van Basten Xavinin Niderland millisinin baş məşqçisi təyin olunmasını tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Van Basten hesab edir ki, Niderland futbolunda yerli məşqçilərin yetişdirilməsinə daha çox diqqət yetirilməlidir. O, Niderland Kral Futbol İttifaqının (KNVB) qərarından narazılığını ifadə edib. Xavinin təyinatı ilə 1970-ci illərdən sonra ilk dəfə Niderland millisinin başına əcnəbi mütəxəssis keçib.

“Şəxsi fikrimə görə, bu postda niderlandlı məşqçi görməyi üstün tutardım. Nəhayət, düşünürəm ki, biz burada, Niderlandda belə mütəxəssislər yetişdirməyi bacarmalıyıq. Baxmayaraq ki, Xavi yaxşı futbolçu olub”, – deyə van Bastenin bildirib.

Xavi ilə müqavilə 2030-cu il dünya çempionatına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ronald Kuman Niderland millisinin baş məşqçisi postunu daha əvvəl tərk edib. O, 2023-cü ildən yığmaya rəhbərlik edirdi. Niderland millisi 2026-cı il dünya çempionatının 1/16 finalında Mərakeşə penaltilər seriyasında məğlub olub – 1:1, penaltilər 2:3.

Xavi 2021-2024-cü illərdə “Barselona”nın baş məşqçisi olub. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi İspaniya çempionluğu və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl isə mütəxəssis Qətərin “Əl-Sədd” klubunda çalışıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər