Almaniya mülayim qışa bel bağladı: Bəs uzunmüddətli soyuqlar düşsə...
Almaniya sakinləri və ölkənin sənaye sektoru enerji daşıyıcıları üçün milyardlarla avro əlavə xərc ödəmək riski ilə üz-üzədir.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, Almaniya qaz ehtiyatlarını olduqca aşağı səviyyədə toplayıb. Hökumət isə bunun enerji təhlükəsizliyinə təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıqları nəzərə almır və əlverişli hava şəraiti ilə mülayim qışa ümid edir.
Agentliyin məlumatına görə, uzunmüddətli soyuqlar və ya Yaxın Şərqdəki münaqişənin səbəb ola biləcəyi tədarükdə fasilələr Almaniyanı dünya üzrə qaza tələbatın pik həddə çatacağı bir vaxtda enerji daşıyıcılarının tədarükü uğrunda rəqabət aparmağa məcbur edə bilər.
Topdansatış qiymətləri yüksək olaraq qalarsa, Almaniyada istehlakçıların yanacaq xərcləri 2027-ci ildə 3,8 milyard avro arta bilər.
Hazırda Almaniyanın qaz anbarları təxminən 51% doludur. Avropa İttifaqı ölkələrində isə bu göstərici orta hesabla 63%-dir. Almaniyanın qaz anbarları Aİ-də ən böyük anbarlardır və nəşrə görə, ehtiyatların az olması digər ittifaq ölkələrinə də təsir göstərə bilər.
Qiymət Mahir