Norris “McLaren”lə sərvət qazandıracaq müqaviləyə yaxınlaşır
26 yaşlı britaniyalı pilot və hazırkı “Formula-1” dünya çempionu Lando Norris “McLaren” komandası ilə yeni müqavilə barədə danışıqlar aparır.
TodayPress TV avtoidman jurnalisti və insayder Mark Limashe istinadən xəbər verir ki, tərəflər 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan və Norrisə mövsüm başına 60 milyon avro qazandıracaq müqaviləni müzakirə edirlər.
“Mən eşitmişəm ki, Lando Norris 2027-ci ildən etibarən mövsümə 60 milyon avro maaş alacağı yeni müqavilə üçün “McLaren”lə danışıqlar aparır. Beləliklə, o, ən yüksək maaş alan üçüncü pilot olacaq.
Danışıqlar iyunun sonunda başlayıb. 2025-ci il dünya çempionu 2026-cı ildə 40 milyon avro qazanacaq”, – deyə Limashe sosial şəbəkədə yazıb.
Qeyd edək ki, 2025-ci il mövsümünün çempionu son iki “Formula-1” Qran-prisində ardıcıl qələbələr qazanıb. Norris hazırda pilotların şəxsi sıralamasında dördüncü pillədə qərarlaşıb.
Namiq HUN