Ontario gölü "Amerika gölü" olacaq? Trampdan Kanadaya növbəti sürpriz

Ontario gölü "Amerika gölü" olacaq? Trampdan Kanadaya növbəti sürpriz
25.08.2026 17:15 Dünya

ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi məsələsinin ciddi şəkildə nəzərdən keçirildiyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bunu “Truth Social” platformasındakı paylaşımında yazıb.

“ABŞ Ontario ilə artıq çox iş görəcəyimizi gözləmir və buna görə də Ontario gölünün adını "Amerika gölü" olaraq dəyişdirməyi ciddi şəkildə nəzərdən keçirir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Ontario gölü ABŞ və Kanada sərhədində yerləşən Böyük Göllərdən biridir. Gölün şimal hissəsi Kanadanın Ontario əyalətində, cənub hissəsi isə ABŞ-nin Nyu-York ştatındadır.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər