“Biz bu filmi görmüşük” – Əraqçidən ABŞ-nin təzyiq siyasətinə SƏRT MƏSAJ

“Biz bu filmi görmüşük” – Əraqçidən ABŞ-nin təzyiq siyasətinə SƏRT MƏSAJ
21.08.2026 21:27 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı tətbiq etdiyi təzyiq siyasətinin uğursuzluğa məhkum olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, nazirin sözlərinə görə, 14 il əvvəl tətbiq edilən “tarixdəki ən sarsıdıcı sanksiyalar” uğursuz olub.

8 il əvvəl tətbiq edilən “maksimum təzyiq” siyasəti də uğursuzluğa düçar olub.

5 ay əvvəl irəli sürülən “qeyd-şərtsiz təslim olma” tələbi də uğursuzluqla nəticələnib.

Əraqçi əlavə edib ki, hazırda elan edilən “indiyədək ən sarsıdıcı iqtisadi əməliyyat” da uğursuzluğa məhkumdur.

“Biz bu filmi daha əvvəl görmüşük. Eyni cəfəngiyyat. Fərqli zorakılar”, - deyə nazir qeyd deyib.

Aysel Mətləb


XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər