Salyanda DƏHŞƏTLİ QƏZA: Ana öldü, əkiz oğulları yaralandı
Salyanda yol qəzası olub, ölən və yaralanan var.
TodayPress TV xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hyundai Accent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.