Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur

Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
04.07.2026 10:46

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələ qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

TodayPress TV  xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

“Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev

XƏBƏR LENTİ
04 IYUL 2026
Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? 11:55 DÇ-2026: Messi yenidən zirvədə yerini aldı 11:46 Yasamalda 16 yaşlı yeniyetmənin öldüyü partlayışdan GÖRÜNTÜLƏR 11:37 Rusiya Bakıda həbsdə olan vətəndaşlarını bu azərbaycanlı ilə dəyişmək istəyir 11:28 Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib 11:13 Xameneinin yasında Trampa süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı 11:08 Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 10:46 Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar 10:35 Başına dəmir düşən kişi öldü 10:29 Prezident İlham Əliyev Donald Trampı təbrik etdi 10:32 "Rusiya ilə artıq düşmənik" - Böyük dalğa gəlir... 10:14 Kolumbiya qapısına "qıfıl vurub": Qana keçə bilmədi, növbədə İsveçrədir 09:59 Azərbaycan XİN ABŞ-ni təbrik etdi 09:52 Tramp İrana "yası yola vermək üçün" bir həftəlik icazə verdi 09:47 Qara qızılın qiyməti qalxdı 09:39 Qlobal bazarda yaşıl dalğa: Texnologiya sektoru Nasdaq-ı aşağı çəkdi 09:35 Ötən gecə Rusiya üçün hərarətli keçdi - bir -birinin ardınca PUA hücumları - VİDEO 09:26 Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi 09:11 Səyahətə gedənlərin DİQQƏTİNƏ: Xaricdə pul itirməməyin yolları 00:26 Qəhvəyə alternativ 6 İÇKİ 00:19 Məşhur reper narkotik təbliğində ittiham olunur 23:36 Qarpız daha faydalıdır, yoxsa yemiş? 23:00 Rusiyanın daha bir vilayətində benzinin satışına MƏHDUDİYYƏT 22:50 Plyuşenkonun oğlu Azərbaycan üçün debütə hazırlaşır 21:54 Evdə qəbul etdiyi dərman kişinin sonu oldu - DƏHŞƏTLİ HADİSƏ 23:42 Bütün Xəbərlər