360 tonluq qala “insan gücü” ilə hərəkət etdirildi

360 tonluq qala “insan gücü” ilə hərəkət etdirildi
26.08.2026 07:50 Maraqlı

Yaponiyanın şimalında təxminən 1 800 nəfər bir araya gələrək qədim qalananı iki metrdən bir qədər çox məsafəyə hərəkət etdirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, 360 ton ağırlığında Hirosaki qalasının istehkam hissəsi divarın güclü zəlzələ zamanı zədələnməsi səbəbilə təmir işlərinin aparılması üçün 2015-ci ildə eyni üsulla başqa yerə köçürülüb. İndi isə qala tarixi yerinə qaytarılır.

80 nəfərlik komandalar növbə ilə 30 metrlik kəndirləri çəkiblər. Avqustun 22-də iştirakçılar relslərin üzərində yerləşdirilən tikilini 1,13 metr məsafəyə, avqustun 23-də isə daha 1,09 metr məsafəyə çəkiblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər