ABŞ ordusunun "Black Hawk" helikopteri qəzaya uğradı

ABŞ ordusunun "Black Hawk" helikopteri qəzaya uğradı
26.08.2026 08:25 Dünya

ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri Kolorado ştatında meşəlik əraziyə düşüb.

TodayPress TV xəbər verir ki, "CBS News"un məlumatına görə, hadisə Fort Kempbell bazasında yerləşən hərbi helikopterin təlim uçuşu zamanı baş verib.

Helikopterdə 4 nəfər olub və ilkin məlumata görə, onların heç biri xəsarət almayıb. Gilpin Şəhər Şerif Ofisi hadisə ilə bağlı məlumat yayıb. ABŞ ordusu qəzanı “aviasiya hadisəsi” kimi qiymətləndirib. Helikopterin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil və araşdırma aparılır.

Bu, son aylarda ABŞ hərbi aviasiyasında baş verən növbəti qəza kimi diqqət çəkir. Avqustun 13-də Texasda "AH-64 Apache" hücum helikopteri, iyunda isə Alyaskada ABŞ Sahil Mühafizəsinə məxsus "MH-60 Jayhawk" helikopteri qəzaya uğramışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər