AFFA prezidenti "Sabah"ı təbrik etdi

AFFA prezidenti "Sabah"ı təbrik etdi
26.08.2026 00:53 İdman

AFFA-nın prezidenti Rövşən Nəcəf "Sabah" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel Beer Şeva" klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Sabah" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram", - deyə o qeyd edib.

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər