Yaponiyada tayfun hava nəqliyyatını iflic etdi

Yaponiyada tayfun hava nəqliyyatını iflic etdi
26.08.2026 08:11 Dünya

Yaponiyada güclü tayfun səbəbindən 280-dən çox aviareys ləğv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Reyslərin böyük hissəsinin Okinava prefekturasındakı Naha hava limanından həyata keçirilməsi planlaşdırılırdı.

Ləğv edilən uçuşlar arasında Çin, Cənubi Koreya və Sinqapura nəzərdə tutulan təxminən 20 beynəlxalq reys də var.

Avqustun 26-sı səhər saatlarında “Soudelor” qasırğası Okinava istiqamətində qərbə doğru hərəkət edib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 55 metrə çatıb.

Bu, regionda aviasiyaya ciddi təsir göstərən ilk güclü hava hadisəsi deyil. Avqustun 9-da Çinin şərq sahillərinə çatan “Delfin” tayfunu da böyük fəsadlara səbəb olmuşdu. Şanxayda əlverişsiz hava şəraiti səbəbindən 1300-dən çox uçuş ləğv edilmişdi.

Güclü külək və fırtına səbəbindən Yaponiyada hava nəqliyyatında məhdudiyyətlərin davam edə biləcəyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər