Mourinyo etiraf etdi: “Onlar məni özüm-özümdən qoruyur”

Mourinyo etiraf etdi: “Onlar məni özüm-özümdən qoruyur”
26.08.2026 10:10 İdman

“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo emosional vəziyyəti və komanda daxilindəki atmosfer barədə danışıb.

TodayPress TV xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisinin sözlərini klubun rəsmi saytı yayıb.

“Artıq bir neçə ildir, təkcə indi deyil, özümü daha sakit hiss edirəm və emosiyalarımı daha yaxşı idarə edirəm. Amma hələ qarşılaşmadığımız çətin və xoşagəlməz vəziyyətlər olacaq. İlk oyunu qazandığımız üçün belə hallar hələ yaranmayıb və indiyə qədər kiminsə işə səhlənkar yanaşdığını görməmişəm.

İnsanların sadəcə “Real”da işləməsini deyil, klubun xeyrinə çalışmasını xoşlayıram. İndiyə qədər heç bir rahatlıq görməmişəm. Əksinə, hamı əlindən gələnin maksimumunu etməyə çalışır.

Bəlkə də futbolçular və klub əməkdaşları özləri məni xarakterimin qaranlıq tərəfini göstərməkdən qoruyurlar. Amma mən hazırkı vəziyyətimdən razıyam”, – deyə Mourinyo bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər