“Sabah”ın zəfəri Azərbaycana UEFA reytinqində yeni mövqe qazandırdı

“Sabah”ın zəfəri Azərbaycana UEFA reytinqində yeni mövqe qazandırdı
26.08.2026 08:50 İdman

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu məğlub edərək Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA reytinqində mövqeyini yaxşılaşdırıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionunun qazandığı nəticə ölkəmizin UEFA reytinqində xalını 23,687-yə yüksəldib.

“Sabah”ın tarixi uğuru nəticəsində Azərbaycan 22,843 xala malik Sloveniyanı geridə qoyaraq reytinqdə 25-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”ni mübarizədən kənarlaşdıraraq Liqa mərhələsinə vəsiqə qazanarsa, Azərbaycan reytinqdə İsrail, Ukrayna və Rumıniyanı da geridə qoya bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər