"SpaceX"dən nəhəng layihə: 100 milyard dollarlıq kosmodrom tikiləcək

"SpaceX"dən nəhəng layihə: 100 milyard dollarlıq kosmodrom tikiləcək
26.08.2026 06:15 Dünya

ABŞ şirkəti "SpaceX" Luiziana ştatında yeni kosmodrom inşa edəcək.

TodayPress TV xəbər verir ki, kosmodromun tikintisinə 2027-ci ildə başlanacaq.

Buradan "Starship" kosmik gəmilərinin ildə minlərlə uçuşunun həyata keçirilməsi planlaşdırılır:

“Biz Luizianadakı "Starbase"ə ən azı 100 milyard dollar investisiya yatırmağı və 3 mindən çox iş yeri yaratmağı planlaşdırırıq. "Starbase" ildə minlərlə "Starship" uçuşunu dəstəkləmək üçün inşa ediləcək. Bu müstəqil kosmodrom yanacaq istehsal edəcək və elektrik enerjisi təmin edəcək”, – deyə şirkətin açıqlamasında bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər