Livanda ölənlərin son sayı AÇIQLANDI

Livanda ölənlərin son sayı AÇIQLANDI
26.08.2026 02:44 Dünya

Livan Səhiyyə Nazirliyi İsrail ilə “Hizbullah” qruplaşması arasında hərbi qarşıdurma nəticəsində ölən və yaralananların sayını yeniləyib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Məlumata görə, martın 2-dən başlayan hərbi eskalasiya nəticəsində ölən livanlıların sayı 4 350-yə, yaralananların sayı isə 12 310-a çatıb.

Nazirlik qeyd edib ki, tərəflər arasında iyunun 19-da atəşkəs elan edilməsinə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri Bint-Cbeyl sərhəd dairəsində yerləşən Sirbin və Tir şəhəri yaxınlığındakı Əl-Mənsuri yaşayış məntəqələrinə zərbələr endirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər