81 yaşlı Polad Bülbüloğlu boşanıb, yeni ailə qurdu - FOTO

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yeni ailə qurdu - FOTO
25.08.2026 19:07 Hadisə

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.

TodayPress TV Gununsesi.info-ya istinadla xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.

Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.


Festivaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.

Məsələ ilə bağlı Polad Bülbüloğlunun özündən açıqlama almaq cəhdlərimiz isə nəticəsiz qalıb.

Deputat zənglərimizi və mesajlarımızı cavabsız qoyub.

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər