ABŞ hərbi təyyarəsi Moskvaya endi - İçərisindən elə bir şəxs çıxdı ki… - VİDEO
ABŞ-nin “Boeing C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvaya eniş edib.
TodayPress TV xəbər verir ki, məlumata görə, təyyarə ilə Moskvaya gələn şəxs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffdir.
Bildirilir ki, bu, CIA rəhbərinin son 4 il ərzində Rusiyaya ilk səfəridir.
Qeyd olunur ki, CIA direktorunun Rusiyaya son səfəri 2021-ci ildə, Rusiya-Ukrayna müharibəsinin başlamasından təxminən bir il əvvəl baş tutub.
Kübra Musayeva