WNBA-də inanılmaz gecə: Encel Riz iki tarixi rekordu yenilədi!
Qadınlar arasında Milli Basketbol Assosiasiyasının (WNBA) müntəzəm çempionatında bir oyunda iki tarixi rekord qeydə alınıb.
TodayPress TV xəbər verir ki, “Atlanta Dream”in səfərdə “Los-Anceles Sparks”a 78:71 hesabı ilə qalib gəldiyi görüşün əsas qəhrəmanı qonaq komandanın hücumçusu Encel Riz olub.
O, bir mövsümdə ən çox ribaund götürən oyunçu kimi WNBA rekordunu yeniləyib. Riz mövsüm ərzində ribaund sayını 458-ə çatdırıb. Əvvəlki rekord 2024-cü ildə 451 ribaund toplayan Eyce Uilsona məxsus idi.
Riz eyni zamanda bir oyunda ən çox ribaund götürmə rekordunu da yeniləyib. O, qarşılaşmada 26 ribaund toplayıb. Əvvəlki rekord 23 il ərzində dəyişməz qalmışdı. 2003-cü ildə Çamik Holdsklo bir oyunda 24 ribaundla bu göstəriciyə sahib olmuşdu.
Qeyd edək ki, Riz cari mövsümdə orta hesabla hər oyunda 16,1 xal, 12,4 ribaund və 2,7 məhsuldar ötürmə ilə çıxış edir. O, mövsüm ərzində 37 matç keçirib.
Bu qələbədən sonra “Atlanta Dream”in aktivində 25 qələbə və 13 məğlubiyyət var. Komanda artıq pley-offda iştirakını təmin edib.
Namiq HUN