Çempionlar Liqasına bir addım: “Sabah” bu gün meydana çıxır!
“Sabah” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Beer-Şeva “Hapoel”inə qarşı cavab oyununu keçirəcək.
TodayPress TV xəbər verir ki, “Sabah” – “Hapoel” qarşılaşması Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Rumıniyalı FIFA referisi İştvan Kovaçın idarə edəcəyi görüş saat 20:45-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın növbəti mərhələyə yüksəlməsi üçün ən azı iki top fərqi ilə qələbə qazanması lazımdır.
Namiq HUN