Ermənistanda xüsusi xidmət orqanları Köçəryanın evini mühasirəyə aldı - VİDEO
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın evinə basqın edib.
TodayPress TV xəbər verir ki, bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkə hesabında məlumat paylaşıb.
Böyük rezonans doğuran bu addımın Baş nazir Nikol Paşinyanın parlamentdəki sərt çıxışından dərhal sonra atılması diqqət çəkib. Belə ki, hadisədən bir gün əvvəl Paşinyan hökumət proqramının müzakirəsi zamanı müxalifətə və xüsusilə “Köçəryan klanı”na qarşı kəskin ittihamlar və təhdidlər səsləndirib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.