Venesuelada zəlzələ qurbanlarının sayı 6500-ü keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 6500-ü keçdi
25.08.2026 08:54 Dünya

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 6509 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Bundan başqa, 226 696 nəfərə tibb müəssisələrində yardım göstərilib. 60 785 yaşayış evinə baxış keçirilib, bunlardan 35 545 ev yaşayış üçün yararlı, 14 239 ev məhdud şəkildə yararlı, 11 001 ev isə yüksək riskli yaşayış evidir. 600 790 ton (28,61%) tikinti tullantıları daşınıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər