Alonso Enzo Fernandesin transferi ilə bağlı hər kəsi gözlətdi

Alonso Enzo Fernandesin transferi ilə bağlı hər kəsi gözlətdi
25.08.2026 10:32 İdman

“Çelsi”nin baş məşqçisi Xabi Alonso komandanın yarımmüdafiəçisi Enzo Fernandesin gələcəyi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, daha əvvəl BBC-də argentinalı futbolçunun “Mançester Siti”yə keçidinə yaxın olduğu barədə məlumat yayılıb.

“Futbolda heç nə məni təəccübləndirmir. Bu həftə nə baş verəcəyinə baxacağıq. Bundan sonra nə olacağını bilmək istərdim, amma bunu yalnız zaman göstərəcək”, – deyə Alonso bildirib.

Qeyd edək ki, Enzo Fernandes 2023-cü ilin yanvarından “Çelsi”nin formasını geyinir. Onun London təmsilçisi ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir. Argentinalı yarımmüdafiəçi “Çelsi”də 170 oyuna çıxıb, 30 qol vurub və 31 məhsuldar ötürmə edib. Transfermarkt portalında onun hazırkı bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər