Baloqun qalmaqalı böyüyür: Çeferindən FIFA-ya sərt ittiham!
UEFA prezidenti Aleksander Çeferin 2026-cı il dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunun bir oyunluq diskvalifikasiyasının FIFA tərəfindən dayandırılması qərarını kəskin tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Çeferin qərarı şok adlandıraraq qaydalara əməl olunmasının vacibliyini vurğulayıb.
“Bu, şokedicidən də artıq idi. Bizim qaydalarımız var və əgər öz qaydalarınıza əməl etmirsinizsə, oyunun mənası itir. Bu, şok doğurur və inanın, demək olar ki, hamı şoka düşmüşdü. Sadəcə, hər kəs bunu açıq şəkildə söyləməyə cəsarət etmədi”, – deyə Çeferin bildirib.
Qeyd edək ki, Baloqun dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina ilə matçda (2:0) qırmızı vərəqə alıb. Lakin cəzalandırılmasına baxmayaraq, ABŞ millisinin növbəti – 1/8 final mərhələsində Belçikaya qarşı keçirdiyi oyunda (1:4) meydana çıxıb.
Namiq HUN