NHL-dən sensasion açıqlama: Rusiya Dünya Kubokunda oynaya bilər!

NHL-dən sensasion açıqlama: Rusiya Dünya Kubokunda oynaya bilər!
25.08.2026 09:20 İdman

Milli Hokkey Liqasının (NHL) komissar müavini Bill Deyli Rusiya millisinin 2028-ci ildə keçiriləcək Dünya Hokkey Kubokunda iştirak ehtimalı ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “The Hockey News”a müsahibəsində bildirib ki, liqa Rusiya yığmasının turnirdə iştirakı məsələsini hələ də araşdırır və bununla bağlı yekun qərar qəbul edilməyib.

“Pərdəarxasında ictimai açıqlamalardan göründüyündən daha çox iş görmüşük. Təbii ki, kimin iştirak edəcəyi və hansı ölkələrin təmsil olunacağı ilə bağlı sual var.

Müəyyən mənada Rusiyada və geosiyasi baxımdan nələrin baş verəcəyini gözləyirik. Düşünmürəm ki, biz mütləq Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) və ya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mövqeyinə bağlıyıq. Lakin BOK Rusiyanın iştirakı ilə bağlı mövqeyini, şübhəsiz ki, yumşaldıb. Bu, artıq aydındır.

Düşünürəm ki, vəziyyət hələ də dəyişir. Aydındır ki, müəyyən məqamda açıqlamalar verməli və qərarlar qəbul etməli olacağıq. Ona görə də deyərdim ki, proses hələ davam edir”, – deyə Bill Deyli bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər