Zədə kabusu davam edir: Şeydon Şarp yenə uzun müddət oynamayacaq!

Zədə kabusu davam edir: Şeydon Şarp yenə uzun müddət oynamayacaq!
25.08.2026 09:43 İdman

“Portland Trail Blazers”in müdafiəçisi Şeydon Şarp dizindən menisk yırtığı alıb. 

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, basketbolçu təxminən 6 ay meydanlardan uzaq qalacaq.

Şarpın zədələr səbəbindən NBA-də keçirdiyi ilk dörd mövsümdə 94 oyunu buraxması diqqət çəkir. Yeni zədəsini də nəzərə alsaq, 22 yaşlı basketbolçunun buraxdığı oyunların sayı 120-ni keçəcək. Bununla belə, Şarp debüt mövsümündə (2022/2023) 80 matçda iştirak edib.

Zədə tarixçəsinə baxmayaraq, Şarp ötən mövsüm kifayət qədər məhsuldar çıxış edib. O, hər oyunda orta hesabla 20,8 xal, 4,3 ribaund və 2,6 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın ən məhsuldar ikinci oyunçusu olub. Basketbolçu həmin mövsüm sol baldır sümüyünün stress sınığı səbəbindən daha 32 matçı buraxıb.

Hazırda Şarp 2025-ci ildə “Portland”la imzaladığı 4 illik, 90 milyon dollarlıq müqavilənin ilk mövsümünü keçirir. Onun 2026/2027-ci illər mövsümündə maaşı 20 milyon dollar təşkil edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər