Peskov: "Yeni səfərbərlik olmayacaq"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik elan olunacağı ilə bağlı xəbərləri təkzib edib.
TodayPress TV xəbər verir ki, o, Rusiyada yeni səfərbərliklə bağlı hər hansı müzakirənin aparılmadığını bildirib.
Peskov bu barədə yayılan məlumatları “informasiya ördəkləri” adlandırıb və onların Ukrayna hakimiyyəti və Qərb mediası tərəfindən Rusiyada vəziyyəti sabitsizləşdirmək məqsədilə yayıldığını deyib.
Kremlin sözçüsü yeni səfərbərliklə bağlı hər hansı qərarın gündəmdə olmadığını vurğulayıb.