UEFA-dan Əliyar Ağayevə böyük etimad: Konfrans Liqasında həlledici matç!

UEFA-dan Əliyar Ağayevə böyük etimad: Konfrans Liqasında həlledici matç!
25.08.2026 10:10 İdman

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsində Polşanın “Rakuv” və Xorvatiyanın “Hayduk” klubları arasında keçiriləcək cavab oyununa təyinat alıb.

TodayPress TV xəbər verir ki, Ağayevə həlledici matçda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Azərbaycanın digər təmsilçisi İnqilab Məmmədov isə ingiltərəli VAR hakimi Piter Benksın assistenti olacaq.

“Rakuv” – “Hayduk” matçı avqustun 27-də Polşada keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında Xorvatiyada keçirilən ilk görüş 2:2 hesablı ilə yekunlaşıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər