ABŞ-dən Rusiya və Ukraynaya çağırış: “Zərbələri dayandırın”
ABŞ Rusiya və Ukraynanı infrastruktura qarşı hücumları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
TodayPress TV xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqreanu BMT Təhlükəsizlik Şurasının iclasında Vaşinqtonun atəşkəs və sülh danışıqlarının başlanması mövqeyini bir daha açıqlayıb.
Diplomat bildirib ki, müharibənin hər iki tərəf üçün itkiləri və xərcləri gündən-günə artır. Neqreanu ABŞ-nin Moskva ilə Kiyev arasında dialoqun bərpası üçün konstruktiv rol oynamağa hazır olduğunu vurğulayıb.
O, həmçinin ABŞ-nin suveren və çiçəklənən Ukraynanın gələcəyinə sadiq qaldığını deyib.
Türkan İsgəndərli