ABŞ-dən ölkələrə sərt xəbərdarlıq: Dollar sistemindən uzaqlaşdırılacaqlar
ABŞ Maliyyə Naziri Skott Bessent keçirdiyi mətbuat konfransında İrana tətbiq ediləcək yeni sanksiyalara əməl etməyən ölkələrin ABŞ dolları sistemindən tamamilə kənarlaşdırıla biləcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, Bessent İrana qarşı yeni sektor məhdudiyyətlərinin dəqiq nə vaxt qüvvəyə minəcəyini açıqlamasa da, Vaşinqtonun müəyyən bir güzəşt müddəti tanıdığını, lakin prosesin çox sürətlə irəliləyəcəyini bildirib.
Maliyyə Nazirliyinin rəhbəri ikinci dərəcəli sanksiyaların çox güclü bir alət olduğunu vurğulayaraq bəyan edib ki, ABŞ-nin gözləntilərinə cavab vermək istəməyən bütün ölkələr dollar sistemini tərk etməyə hazır olmalıdırlar.