Con Consun döyüşlərə qayıdışına yaşıl işıq yandı?

Con Consun döyüşlərə qayıdışına yaşıl işıq yandı?
26.08.2026 11:40 İdman

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu, amerikalı Con Cons 2026-cı ildə təşkilatın antidopinq testindən üç dəfə keçib.

TodayPress TV xəbər verir ki, bu barədə UFC-nin rəsmi saytında məlumat yayılıb. 

Hazırda döyüşçünün yarışlarda iştirak etmək hüququ var.

38 yaşlı Con Cons 2008-ci ildə UFC-də debüt edib. Amerikalı döyüşçü 2024-cü ildə karyerasını başa vurub. O, yarımağır çəkidə (93 kq) və ağır çəkidə (120 kq) UFC çempionu olub. Consun təşkilatda ümumilikdə 22 qələbəsi və bir məğlubiyyəti var.

Qeyd edək ki, Cons daha əvvəl müsahibəsində səhhəti və döyüşlərə mümkün qayıdışı barədə danışıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər