Alonso niyə “Real”dan qovuldu? Karragerdən diqqətçəkən açıqlama

Alonso niyə “Real”dan qovuldu? Karragerdən diqqətçəkən açıqlama
26.08.2026 11:56 İdman

“Liverpul”un sabiq müdafiəçisi, hazırda televiziya eksperti kimi çalışan Ceymi Karrager Xavi Alonsonun “Real Madrid”in baş məşqçisi postundan ayrılmasının səbəbini açıqlayıb.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, Karrager ispaniyalı mütəxəssisin komandadan Vinisius Juniorla bağlı yaranan vəziyyətə görə göndərildiyini bildirib.

“Düzünü desəm, Alonso Vinisiusla bağlı vəziyyətə görə işini itirdi. Baş məşqçi baş verənlərdən narazı idi. Rəhbərliklə söhbətdən sonra klub futbolçunun tərəfində dayandı. Nəticədə Xavini istefaya göndərdilər və onun yerinə Arbeloa təyin olundu”, – deyə Karrager açıqlayıb. 

Hazırda Xavi Alonso “Çelsi”yə rəhbərlik edir. 44 yaşlı ispaniyalı mütəxəssis iyul ayında London təmsilçisinin baş məşqçisi təyin olunub və 2030-cu ilin iyun ayının sonunadək qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər