Si Cinpindən Zelenskiyə məktub: Çin Ukraynada diplomatik rol oynayacaq?

Si Cinpindən Zelenskiyə məktub: Çin Ukraynada diplomatik rol oynayacaq?
26.08.2026 10:30 Dünya

Çin Sədri Si Cinpin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

TodayPress TV xəbər verir ki, Zelenski sosial şəbəkədə Çin liderinin Çin dilində yazdığı məktubu yayıb.

Si Cinpin məktubunda Zelenskiyə səmimi təbriklərini və xoş arzularını çatdıraraq, Çin və Ukrayna xalqları arasında dostluğun hər iki tərəfin fundamental maraqlarına uyğun olduğunu bildirib.

Zelenski isə cavabında Çinin Ukraynadakı münaqişənin həllində güclü diplomatik rol oynayacağına ümid etdiyini qeyd edib.

Çinin Ukrayna məsələsində mövqeyi son dövrlərdə diqqət mərkəzindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyul ayında Pekinin mövqeyini konstruktiv və balanslı adlandıraraq, Moskvanın Çinin münaqişənin mənşəyini və mümkün siyasi həll yollarını yaxşı anlamasını yüksək qiymətləndirdiyini bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər