Hemilton-Lekler gərginliyi: Monakolu pilotdan diqqətçəkən sözlər

Hemilton-Lekler gərginliyi: Monakolu pilotdan diqqətçəkən sözlər
24.08.2026 13:12 İdman

“Ferrari” komandasının “Formula-1” pilotu Şarl Lekler Niderland Qran-prisində komandanın tətbiq etdiyi strategiya və Lyuis Hemiltonla bağlı vəziyyətə aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.

Leklerin sözlərinə görə, komanda ondan “Mercedes” pilotu Lyuis Hemiltonu ötməyə buraxmağı tələb etməyib. O, yarış zamanı aldığı bütün göstərişlərə əməl etdiyini bildirib.

“İkinci pit-stopla bağlı qərarları müzakirə etməliyik. Corc Rasselli pitə girməyə yönləndirəndə Hemilton yaxınlaşırdı. Rassell pitə daxil olduqdan sonra mənə daha bir neçə dövrə trasda qalaraq təkərlər üzrə üstünlük yaratmaq lazım idi. Lakin iki dövrə sonra mənə pitə girmək tapşırıldı və bunu etdim”, – Lekler deyib.

Monakolu pilot bildirib ki, Rassellin pit-stopundan sonra təxminən 5-10 dövrə daha trasda qalaraq təkər üstünlüyü əldə etmək planlaşdırılıb. Lakin komandanın qərarı ilə daha tez pitə daxil olub.

Lekler Hemiltonu buraxması ilə bağlı ona heç bir göstəriş verilmədiyini xüsusi vurğulayıb.

“Mənə pitə girmək deyildi və bunu etdim. Daha sonra dövrənin sonunda trasda qalmağım bildirildi, mən də qaldım. Növbəti dövrədə isə yenidən pitə girmək tapşırıldı. Hemiltonu buraxmaqla bağlı heç bir mesaj almadım”, – pilot bildirib.

Lekler yarış zamanı diqqətini öz tempinə və nəticəsinə yönəltdiyini qeyd edib. O, ilk hissədə yaxşı temp nümayiş etdirdiyini və öndəki pilotlara qarşı “undercut” strategiyasından istifadə etmək üçün erkən pit-stop etməli olduğunu söyləyib.

“Hərdən məyus olacağam, bəzən də Lyuis məyus olacaq. Həyat belədir. Bu, heç nəyi dəyişmir. Son iki-üç yarışda bəxtin mənim tərəfimdə olduğunu hiss edirdim. Bəzən isə medalın digər üzünü də görürsən. Niderland Qran-prisində də belə oldu”, – Lekler əlavə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər