“Dağıstan üslubu!” – Nurməhəmmədovdan Haalandın saçına reaksiya

“Dağıstan üslubu!” – Nurməhəmmədovdan Haalandın saçına reaksiya
24.08.2026 13:50 İdman

PFL-in yüngül çəki üzrə məğlubedilməz çempionu Usman Nurməhəmmədov “Mançester Siti” klubunda çıxış edən norveçli hücumçu Erlinq Haalandın yeni saç düzümünə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, 26 yaşlı futbolçu sosial şəbəkələrdə yeni saç düzümünü nümayiş etdirib. 

Usman Nurməhəmmədov isə Haalandın paylaşımının şərh bölməsində “Dağıstan üslubu” ifadəsini yazıb.

Qeyd edək ki, Haaland ötən mövsüm bütün turnirlərdə 52 oyunda iştirak edib. Norveçli hücumçu bu görüşlərdə 38 qol vurub və 9 məhsuldar ötürmə edib.

Haalandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 220 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

FOTOLAR

“Dağıstan üslubu!” – Nurməhəmmədovdan Haalandın saçına reaksiya — 1
XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər