Peskovdan Paşinyanın KTMT açıqlamasına reaksiya: “Çıxmaqda azaddır”

Peskovdan Paşinyanın KTMT açıqlamasına reaksiya: “Çıxmaqda azaddır”
24.08.2026 14:04 Dünya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyəti ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Ermənistan KTMT üzvlüyünə ehtiyac duymadığını düşünürsə, təşkilatdan çıxmaqda azaddır.

"Əgər İrəvanın artıq belə bir vacib təşkilata üzvlüyə ehtiyacı yoxdursa, müvafiq qərarı vermək və təşkilatdan çıxmaq azaddır".

O, Ermənistanın Avropa İttifaqına üzv olmaq niyyətinə də münasibət bildirib və Yerevana Türkiyənin, eləcə də Aİ-yə üzvlük üçün uzun illər əvvəl müraciət etmiş digər ölkələrin təcrübəsini nəzərə almağı tövsiyə edib.

Peskov bildirib ki, Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalı olacaq. Bu proses isə Avrasiya İqtisadi Birliyinin qəbul etdiyi standartlarla müəyyən ziddiyyətlər yarada bilər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl KTMT-də fəaliyyətin bərpa olunmayacağını açıqlayıb. O, Ermənistanın təşkilatdan xaric ediləcəyi təqdirdə bundan “çox məmnun olacağını” deyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər