İrandan kəskin xəbərdarlıq: "Bir damla belə neft çıxmayacaq!"
İqtisadi müharibə davam edərsə, nə Hörmüz boğazından, nə də Fars körfəzinin hər hansı digər hissəsindən bir damla belə neft ixrac olunacaq.
TodayPress TV xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
“İran istənilən ölkənin Amerikanın İran xalqına qarşı iqtisadi müharibəsində iştirakını və ya onu dəstəkləməsini müharibə aktı kimi qiymətləndirəcək”, – deyə o bildirib.
Qiymət Mahir